Dünya

Bu ölkə Ermənistan və Özbəkistana vizasız rejimi ləğv etdi

14 oktyabr / 20:16 2 dəq
Montenegro
14 oktyabr / 20:16
Burada sizin reklamınız ola bilər

Monteneqro hökuməti Ermənistan, Özbəkistan və Misir vətəndaşları üçün müvəqqəti vizasız rejimi dayandırıb.

Qerbxeber.com xəbər verir ki, qərar Baş nazir Miloşko Spajiçin sədrliyi ilə Monteneqro Nazirlər Kabinetinin iclasında qəbul edilib.

“Nazirlər Kabineti Ermənistan Respublikası, Özbəkistan Respublikası və Misir Ərəb Respublikasının vətəndaşlarının vizasız səfərinə dair qərarlara dəyişikliklər etməklə bağlı qərarlar qəbul edib. 2024–2027-ci illər üçün İslahatlar gündəliyi və Avropa İttifaqına qoşulmanın yekun meyarları çərçivəsində qeyd olunur ki, Monteneqro Avropa İttifaqının viza siyasəti ilə uyğunlaşmanı davam etdirir.

Buna uyğun olaraq, bu gün qəbul edilən düzəlişlər yuxarıda adı çəkilən ölkələrin vətəndaşları üçün vizasız səfər haqqında əvvəlki qərarların qüvvəsini dayandırır və beləliklə, Monteneqronun Avropa İttifaqına tam üzv olmağa sadiqliyi barədə aydın mesaj verir”, hökumətin saytında xəbərdə bildirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər