Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

​​​​​​​Tovuzun 7 kəndinin içməli su təchizatı yenidən qurulur

4 mart / 13:09 2 dəq
3c0f1ced 5a80 31ae bd19 88b1fdeefc2d
4 mart / 13:09
Burada sizin reklamınız ola bilər

Tovuz rayonun sərhədyanı Ağdam, Vahidli, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Əlibəyli, Hacıallı və Mülkülü kəndlərinin içməli su təchizatı yaxşılaşdırılır.

“Qərb Xəbər” bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, indiyədək Ağdam və Vahidli kəndlərinin sakinləri içməli suya olan tələbatlarını əsasən uzaq məsafədən daşımaqla ödəyiblər. Digər kəndlərdə isə suvarma üçün nəzərdə tutulan subartezian quyularından, Tovuzçaydan və kəhriz sularından istifadə olunub. Layihənin əhatə etdiyi bəzi kəndlərdə sakinlər tərəfindən fərdi qaydada çəkilmiş su xətləri normal su təminatına imkan vermirdi.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Ağdam və Vahidli kəndlərinə içməli su mövcud drenaj qurğusu və bulaqlardan, Əlibəyli, Hacıallı, Mülkülü, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə isə yeni qazılacaq 7 subartezian quyusundan veriləcək. Quyu sularının təmizlənməsi üçün xlorator qurğusu, nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Layihəyə əsasən, əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılacaq. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. İndiyədək 31 kilometr uzunluğunda magistral su kəmərlərinin 13 kilometrlik hissəsi inşa edilib. Eyni zamanda 150 kilometr şəbəkə su xətlərinin 111 kilomerlik hissəsi tikilib. Layihə çərçivəsində Tovuz rayonunun 7 kəndində əhalinin ümumi istifadəsi üçün 690 ədəd bulağın quraşdırılması nəzərdə tutulub.

Tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Layihənin icrası Tovuz rayonunun 7 kəndində 20 minədək sakinin içməli su təchizatının yaxşılaşdırılmasına imkan yaradacaq. Qeyd edək ki, Tovuz rayonun ilə yanaşı, hazırda Qazax, Ağstafa və Neftçala rayonlarının kənd və qəsəbələrində içməli su layihələri həyata keçirilir.

2b74697b-1418-3f80-b0b5-617032953ebc 8e610998-35a3-38e0-8f68-217173cb1f11 e73114f3-5dce-367e-8f7d-250d5eccf6cb

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı