Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ararat Mirzoyan:”Tramp yolu” ilə bağlı Ermənistan-Amerika birgə müəsisəsi yaradılacaq

14 oktyabr / 14:42 2 dəq
Mirzoyan
14 oktyabr / 14:42
Burada sizin reklamınız ola bilər

Bir daha deyirəm, razılaşma belədir: Ermənistan və Azərbaycan bir-birləri üçün nəqliyyat infrastrukturunu, bütün infrastrukturu açırlar.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ermənistanın cənubundan keçən dəmir yolu hissəsinə “TRIPP” adı veriləcək. Nazir diqqətə çatdırıb ki, “TRIPP” marşrutu bır sıra prinsiplərə malikdir: “Bu prinsiplər yaxşı məlumdur, amma yenə təkrar edirəm: Ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, ölkələrin ərazilərindəki infrastrukturlara dair yurisdiksiyası və qarşılıqlılıq. Bir daha vurğulayıram ki, bu, “TRIPP” də daxil olmaqla, bütün kommunikasiyaların açılmasına aiddir”.

XİN rəhbəri qeyd edib ki, “TRIPP”in Ermənistan hissəsinin texniki təfərrüatları Ermənistan və ABŞ tərəfindən razılaşdırılmalıdır: “8 avqustdan sonra biz və ABŞ artıq səy göstəririk və bu da gündəlik işimizdir. Hər şey razılaşdırıldıqda, bu şərtləri dərc edəcəyik. Bu dəmir yolunun tikintisi və istismarı üçün erməni-amerikan birgə müəssisəsi yaradılacaq.

Bir daha vurğulayıram: indiyə qədər razılaşdırılanlar dərc olunub və bu barədə Vaşinqton Bəyannaməsində oxuya bilərsiniz. Qalanları ABŞ və Ermənistan müzakirə edib aydınlaşdıracaq”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı