Nobel Sülh mükafatçısı məlum oldu
Venesuela siyasətçisi Mariya Korina Maçado Nobel Sülh mükafatına layiq görülüb.
Qerbxeber.com xəbər verir ki, bu barədə Nobel Komitəsi məlumat yayıb.
Mükafat Maçadoya “Venesuela xalqının demokratik hüquqlarının inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün yorulmaz fəaliyyətinə görə” verilib.




