Tramp: Tayyib Ərdoğan inanılmaz iş gördü
ABŞ Prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
Qerbxeber.com, Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp Qəzzada atəşkəsin əldə olunmasında göstərilən xidmətlərə görə Qətər və Türkiyə daxil olmaqla bir sıra ölkələrə təşəkkür edib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inanılmaz bir iş gördüyünü və onun səylərini yüksək qiymətləndirdiyini qeyd edib.




