Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Zatulindən Əliyev-Putin görüşünə kinli münasibət

9 oktyabr / 21:58 3 dəq
Konstantin zatulin photo1
9 oktyabr / 21:58
Burada sizin reklamınız ola bilər

Azərbaycan prezidenti uzun müddətdir ki, Rusiya və onun təyyarə qəzasındakı günahı ilə bağlı hər cür ritorika təqdim edir.

Qerbxeber.com xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, ölkələr və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin erməni mediasına müsahibəsində bu gün Düşənbədə baş tutan Azərbaycan və Rusiya prezidentləri arasında görüş haqda deyib.
“Amma bu, yalnız ritorika ilə məhdudlaşsaydı… Biz onun bu müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Rusiya ilə fikir ayrılığını nümayiş etdirdiyi, Ukraynaya nümayişkaranə yardım göstərdiyini bilirik.
Bütün bunlar Rusiya ilə Azərbaycan arasında təyyarə qəzasından kənara çıxan tərəfdaşlığı bir daha ifşa etdi. Amma təyyarə hadisəsi baş verdiyi üçün Rusiya prezidenti bugünkü görüşdə məhz bu hadisəyə diqqət yetirdi.
Rusiya Federasiyasının prezidenti bir dəfə dediklərini yenə təkrarladı və faktiki olaraq nə baş verdiyini daha ətraflı izah etdi, xüsusən də Ukrayna pilotsuz təyyarələrinin hava limanına hücumunu qeyd etdi və bu, təəssüf ki, sonradan baş verənlərin əsas səbəbi idi.
Bu görüş münasibətləri normallaşdırmaq istəyi ilə bağlıdır. Mən Rusiya ilə Azərbaycan arasında mövcud olmayan strateji tərəfdaşlığın apoloqu deyiləm.
Bizim ticarət-iqtisadi əlaqələrimiz, mədəni əlaqələrimiz və başqa əlaqələrimiz var, amma əsl müttəfiqlik Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə aiddir.
Eyni zamanda, münasibətlərin normallaşmasının tərəfdarı idim. İstənilən qonşu ölkə ilə münasibətlərin normallaşdırılması tamamilə qanuni prosesdir, məntiqlidir və dövlətlərarası münasibətlərin vəziyyəti ilə bağlı əmin-amanlıq üçün zəruridir.
Bu, o deməkdirmi ki, biz Azərbaycanla ittifaq haqda hər hansı bir illüziyaya düşməliyik? Hesab edirəm ki, bu görüş heç bir halda bizim bununla bağlı illüziyalara qapılmaq üçün əsas deyil”, – Zatulin qeyd edib.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı