Zelenski: Tramp “Tomahavk” raketi verərsə,Kiyev onu Nobel sülh mükafatıan namizəd göstərəcək
Ukrayna ABŞ-dan “Tomahavk” raketləri alarsa, Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək .
Bu barədə “Politico” saytı Ukrayna lideri Volodimir Zelenskiyə istinadən məlumat yayıb.
Zelenski həmçinin bildirib ki, atəşkəs üçün fürsət yaratsa, Ukrayna Trampı Nobel Sülh Mükafatına namizəd göstərəcək.
Oktyabrın 9-da İspaniyanın “Pais” qəzeti Trampın 2025-ci il Nobel Sülh Mükafatına namizədlər siyahısına daxil edildiyini yazıb .
Məlumata görə, bu il Nobel Sülh Mükafatına cəmi 338 namizəd təqdim edilib: 244 fiziki şəxs və 94 təşkilat.




