Hadisə

Hakan Fidan Azərbaycana gələcək

6 oktyabr / 19:39 1 dəq
Hakan fidan
6 oktyabr / 19:39
Burada sizin reklamınız ola bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan 7 oktyabr 2025-ci ildə Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısından əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək və ikitərəfli görüşlər aparmaq məqsədilə 6-7 oktyabr 2025-ci il tarixlərində Azərbaycana səfər edəcək” – məlumatda qeyd edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər