İdman

“Qarabağ”ın futbolçusunun qolu UEFA Çempionlar Liqasında günün ən yaxşısı seçilib

3 oktyabr / 20:00 1 dəq
Xawx2c0fjvc1yquurvrzbtuw2uhtiell1zqkkzud 825
3 oktyabr / 20:00
Burada sizin reklamınız ola bilər

“Qarabağ”ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında günün ən yaxşısı adına layiq görülüb.

Qerbxeber.com məlumatına görə, bu, azarkeşlərin səsverməsinə əsasən mümkün olub.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi “Kopenhagen”ə qalib gəldikləri II turun matçında fərqlənib. Forvard “köhlən atlar”ın ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann, “Monako”dan Cordan Teze, Niderland təmsilçisi PSV-dən İsmael Saibari də namizəd idi.

Qeyd edək ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Kopenhagen”i 2 cavabsız qolla üstələyib.

Paylaş
Burada sizin reklamınız ola bilər