Maraqlı

Köklük, piylənmə 13 növ xərçəng yarada bilər – SİYAHI

24 noyabr / 21:03 2 dəq
EMCode d5682790a0b253f52b32f865e04936bc
24 noyabr / 21:03
Burada sizin reklamınız ola bilər
Əvvəllər piylənmə və artıq çəki ilə əlaqələndirilən 5 tip xərçəng siyahısına daha bir neçəsi əlavə edilib.

Qerbxeber.com xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng araşdırması Agentliyinin siyahısı dərc edilib.

2002-ci ildə bu qrupun apardığı tədqiqat, artıq çəkinin 5 tip xərçəng – bağırsaq, mədə, süd vəzi, uşaqlıq və böyrək şişlərinə səbəb ola bilməsini sübut etmişdi.

Bu dəfə 1000 tədqiqatı araşdıran qrup siyahıya bir neçə tipi da əlavə edib.

Bunlar: qaraciyər, öd kisəsi, mədəaltı vəz, yumurtalıq, qalxanvariz vəz, qan xərçəngi, meninqioma, mielomadır.

Belə ki, 30 indeksdən yuxarı kökəldikdə mədə, qaraciyər, böyrək xərçəngi riski 70% artır.

Qadınlarda piylənmə süd vəzi, yumurtalıq xərçəngi riskini 30% artırır.

Alimlər bunun səbəbini artıq piy toxuması zamanı bədəndə normadan artıq estrogen, testosteron və insulin hormonlarının ifrazında görür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı