Rusiya Poltavaya kütləvi hücuma keçib
Rusiya ordusu oktyabrın 3-nə keçən gecə Ukraynanın Poltava vilayətinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum edib.
Qerbxeber.com xəbər verir ki, bu barədə Poltava Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut “Facebook”da məlumat yayıb.
Onun sözlərinə görə, nəticədə enerji infrastrukturuna zərər dəyib və bir neçə əraziyə raket və dron qalıqları düşüb.




