İdman

III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub

2 oktyabr / 12:32 2 dəq
1759390871840835439 1200x630
2 oktyabr / 12:32
Burada sizin reklamınız ola bilər

Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub.

Qerbxeber.com “Report”a istinadən məlumat verir ki, son olaraq 4×100 metr məsafəyə qarışıq estafet yarışında qadınlar arasında medalçılar bəlli olub.

Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb.

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, Rusiya yığması kişilərin 4×100 metr məsafəyə qarışıq estafet yarışında qızıl mükafat əldə edib.

Qazaxıstan gümüş, Belarus kollektivi bürünc medala sahib çıxıb.

Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük növündə sonuncu yarış günü start götürüb.

Qerbxeber.com “Report”a istinadən xəbər verir ki, qadınların 400 metr məsafəyə qarışıq üzmə yarışında mükafatçılar müəyyənləşib.

Rusiyalı Anastasiya Çernışova qızıl, qazaxıstanlı Taisiya Korotkova gümüş, Belarusdan olan Kseniya Mastoviç bürünc mükafat əldə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər