Siyasət

Əli Əsədov Gürcüstana səfər edəcək

2 oktyabr / 12:21 1 dəq
1708065321 1671001628
2 oktyabr / 12:21
Burada sizin reklamınız ola bilər

Baş nazir Əli Əsədov oktyabrın 22-23-də Tbilisidə keçiriləcək V İpək Yolu Forumunda iştirak edəcək.

Qerbxeber.com, bu barədə beynəlxalq tədbirin rəsmi saytında bildirilib.

Hökumət başçısı forumun əsas spikerlərindən biri olacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin himayəsi altında təşkil olunacaq foruma Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılacaq.

Azərbaycanı tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də təmsil edəcək.

Paylaş
Burada sizin reklamınız ola bilər