Bölgə xəbərləri

Tovuz koronavirusla mübarizəyə qatıldı

23 mart / 14:06 1 dəq
100 m
23 mart / 14:06
Burada sizin reklamınız ola bilər

Tovuz “Aqrokimya” MMC koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Fərmanla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

MMC-dən trend-ə verilən məlumata görə, MMC Fonda 20 000 manat məbləğində vəsait köçürüb.

MMC hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

“Aqrokimya” MMC koronavirusla mübarizədə də Azərbaycan xalqı və Azərbaycan dövləti ilə həmrəy olduğunu bəyan edir.

Paylaş
Burada sizin reklamınız ola bilər