Rusiyada yanacaq qıtlığı: Ukraynanın hücumlarının nəticələri özünü göstərir
Ukraynanın Rusiyanın neft infrastrukturunu hədəf alması ölkədə yanacaq çatışmazlığı, iqtisadi çətinlik və daxili çaxnaşmaya səbəb olub.
Qerbxeber.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşr yazır ki, Moskva, Krım və Rusiyanın bir çox bölgəsində yanacaqdoldurma məntəqələrində növbələr yaranıb, yanacağın qiyməti qalxıb. Hökumət benzin və dizelin satışını məhdudlaşdırıb. Mütəxəssislərin fikrincə, hücumlar bəzi günlərdə neft emalının təxminən 20% azaldılmasına və əsas limanlardan ixracın dayandırılmasına, Rusiyanın müharibəni maliyyələşdirmək imkanlarının zəifləməsinə səbəb olub.
Xarici KİV müharibə başladığı gündən indiyə kimi ilk dəfədir hərbi əməliyyatların təsirinin Moskvada mülki həyatda bu qədər hiss edildiyini yazıb.





