Tramp: Avropa cəhənnəmə doğru gedir
Avropa ölkələri miqrasiya böhranı səbəbindən cəhənnəmə doğru gedir.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, “açıq sərhədlərlə uğursuz sınaq” başa çatmalıdır.
“İnanın, mən bu məsələləri çox yaxşı başa düşürəm. ABŞ-də biz nəzarətsiz immiqrasiyaya tez son qoymaq üçün qətiyyətli addımlar atdıq. Sərhədi keçən hər kəsi saxlayıb deportasiya etməyə və qeyri-qanuni mühacirləri qovmağa başlayandan sonra onlar sadəcə olaraq gəlməyi dayandırdılar”, – Ağ Ev rəhbəri bildirib.




