Paşinyan yeni Konstitusiya barədə açıqlama verdi
Ermənistanda yeni Konstitusiyanın qəbulu ən mühüm institusional məsələdir”.
Qerbxeber.com Teleqraf--a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanda məhkəmə sistemi xalqdan qaynaqlanmır, xalqla məhkəmə arasında əlaqə kəsilib.
Yeni Konstitusiyada Andlılar Məhkəməsi İnstitutunun tətbiqi müzakirə olunur: Nəhayət, bu problemdən qurtulmalıyıq. Bu məsələni həll etməyincə, bir çox fundamental məsələləri həll edə bilməyəcəyik”, – baş nazir vurğulayıb.




