Şəmistan Nəzirlinin dəfn yeri məlum oldu
Polkovnik-leytenant, hərbi jurnalist Şəmistan Nəzirli ilə vida mərasimi 21 sentyabr saat 13:00-da evində keçiriləcək.
Qerbxeber.com APA-ya istinadla xəbər verir ki, Şəmistan Nəzirli Bülbülə qəbiristanlığında dəfn olunacaq.
Xatırladaq ki, tanınmış jurnalist Şəmistan Nəzirli bu gün Qazaxda ADA Qazax Mərkəzinin tarixi İsrafil ağa hamamının bərpadan sonra İncəsənət Mərkəzi kimi açılışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edərkən qəfil ürək tutmasından vəfat edib.




