Dünya

Tramp Azərbaycanla bağlı paylaşım etdi

17 sentyabr / 09:40 1 dəq
Aliyev tramp paşin
17 sentyabr / 09:40
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.

Qerbxeber.com APA-ya istinadla  xəbər verir ki, Ağ Ev rəhbəri özünün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə fotosunu paylaşıb.

“Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq şərəfdir. Bu mənim üçün, amma daha da önəmlisi Amerika Birləşmiş Ştatları üçün əbədi dostluq olacaq”, – deyə Tramp yazıb.

Paylaş
Burada sizin reklamınız ola bilər