İdman

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

17 sentyabr / 02:47 1 dəq
AFFA
17 sentyabr / 02:47
Burada sizin reklamınız ola bilər

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Portuqaliyanın “Benfika” klubu üzərində 3:2 hesablı səfər qələbəsi qazanması münasibətilə təbrik edib.

Qerbxeber.com xəbər verir ki, R.Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

“UEFA Çempionlar Liqasının Liqa mərhələsinə möhtəşəm qələbə ilə başlayan “Qarabağ” Futbol Klubunu ürəkdən təbrik edirəm. Komandamıza qarşıdakı oyunlarda da uğurlar arzulayıram.

Təbriklər!!!”, – o, paylaşımda yazıb.

Paylaş
Burada sizin reklamınız ola bilər