Lavrov: Azərbaycan təklifimizi rədd etdi
Azərbaycan Moskvada sentyabrın 20-də keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirakdan imtina edib”.
Qerbxeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov müsabiqəyə hazırlıqla bağlı keçirilən mətbuat konfransında deyib.
“Ermənistan hələlik iştirakını təsdiqləməyib, Azərbaycan isə ilkin təklifi rədd edib”, – nazir bildirib.
Lavrov əlavə edib ki, müsabiqədə 20-dən çox ölkə iştirak edəcək.
Xatırladaq ki, “İnterviziya” Rusiyanın “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə alternativ olaraq keçirdiyi müsabiqədir.



