Dünya

Putin ölkəni bu bunkerlərdən idarə edirmiş

13 sentyabr / 11:06 2 dəq
Putin yeni
13 sentyabr / 11:06
Burada sizin reklamınız ola bilər

Rusiya Prezidenti Vladimir Putin ölkəni xüsusi qurulmuş operativ qərargahlar şəbəkəsindən idarə edir.

Qerbxeber.com bildirir ki, bu barədə Axar.az  “Tayms” nəşrində yayımlanan məqaləyə əsasən xəbər yayıb.

Məqalədə göstərilir ki, Putin Rusiyanı diqqətlə planlaşdırılmış bir neçə oxşar konfrans zalından idarə edə bilər. Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyada üç belə bunker ola biləcəyinə dair məlumatlara istinad edir.

Onların hər biri xüsusi olaraq tikilib. Bundan əlavə, bütün bunkerlərin dizayn baxımından eyni olduğu iddia edilir, hətta taxta masanın üzərindəki qələm tutacaqları da eynidir.

Nəşr qeyd edir ki, pəncərəsiz otaqlardakı heç bir detal Rusiya diktatorunun yeri barədə ipucu vermir. Üstəlik, nəşrin yazdığı kimi, Putin mobil telefondan imtina edib və internetdən çox nadir hallarda istifadə edir.

Qeyd edilir ki, o, təkərləri olan stenddə quraşdırılmış düz ekranlı monitor vasitəsilə videogörüşlər keçirib. Buna görə də, nəşrin qeyd etdiyi kimi, Rusiya prezidentinin yaxın çevrəsindən olan rəsmilər çox vaxt Putinin onlara hansı saatda zəng etdiyini müəyyən edə bilmirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər