Dünya

Zelenski: Ukrayna ordusu rusların Sumiyə hücumlarının qarşısını alıb

13 sentyabr / 09:56 1 dəq
Zelenski yeni
13 sentyabr / 09:56
Burada sizin reklamınız ola bilər

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Sumıya qarşı hücum əməliyyatını tamamilə puça çıxarıb. Düşmən böyük itkilər verib.

Qerbxeber.com bildirir ki,APA “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısının sözlərinə görə, bu gün o, Ali Baş Komandanın qərargahının çox əhatəli iclasını keçirib.

Görüşdə hava hücumundan müdafiə sistemləri və onlara raketlərin tədarükü, Ukrayna ordusunun ehtiyacları və mövcud müdafiə resursları müzakirə olunub.

“Partnyorlarla işin daha da aktivləşdirilməsi, sistemlərin daha operativ şəkildə çatdırılması və bununla da kritik infrastrukturun daha etibarlı müdafiəsi üçün konkret tapşırıqlar verdim. Hərbçilər, məmurlar, diplomatlar, yəni hamının öz məsuliyyət payı var”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, hazırda dronların istehsalında yaxşı nəticələr əldə olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər