Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Rus kəşfiyyatının Qafqazda gizli fəaliyyəti-Şok detallar

11 sentyabr / 17:13 3 dəq
Kreml
11 sentyabr / 17:13
Burada sizin reklamınız ola bilər

Rusiyanın “İnsayder” nəşri Kremlin təsirini yaymaqla məşğul olmuş keçmiş idarənin fəaliyyəti ilə bağlı məlumatlar açıqlayıb.

Qerbxeber.com Bakupost.az-a istinadla xəbər verir ki, Rusiyanın yaxın xaricdə mədəni əlaqələr üzrə idarəsinin maraq dairəsinə Ermənistan və Azərbaycanın daxil olduğu bildirilir.

Qeyd olunur ki, Azərbaycan istiqamətinə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşı Valeri Çernışov cavabdeh olub. Moskvaya Azərbaycanın tanınmış məmurları, hərbçi və ictimai xadimləri haqqında məlumatlar göndərilib. Həmçinin Dmitri Kozak üçün gizli hesabatlar hazırlanıb və onlar sonradan Putinə təqdim olunub. “İnsayder” yazır ki, Kreml Azərbaycanda Rusiyanın maraqlarının müdafiə edən və Türkiyənin təsirinə qarşı mübarizə aparan təşkilatların olmamasından narahat idi.

Gizli məlumatlarda qeyd olunur ki, Kreml Azərbaycada rusiyayönlü QHT-lərin fəallığının artırılmasını, xüsusi diqqətin sərhədyanı bölgələrə, gənclərə, tələbə təşkilatlarına, təhsilə, rus dilinə, mədəni layihələrə və jurnalistika forumlarına yönəldilməsini tövsiyə edib. Bakıda konfranslar və jurnalistika məktəbləri təşkil olunub.

İdarənin keçmiş əməkdaşlarının etirafına görə, Azərbaycanla “dostluq” üçün yüz milyonlarla dollar xərclənsə də, nəticə minimal olub. Münasibətlərdə qırılma 2025-ci ilin əvvəlində – AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin Moskva tərəfindən gizlədilməsi və Səfərov qardaşlarının Yekaterinburqda ölümü ilə baş verib. Bakı “Sputnik” adlı təbliğat resursunu bağlayıb və Rusiya ilə rəsmi əlaqələri azaltmağa başlayıb.

Sözügedən idarənin Ermənistan üzrə kuratoru isə Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti Dmitri Avanesov olub. “İnsayder”in əlinə Ermənistan hökumətində təmsil olunan “köstəbək” tərəfindən ötürülmüş hesabatlar düşüb. Sənədlərdən aydın olur ki, Rusiya agenti olan erməni məmur Avanesova hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın hərəkətləri barədə də məlumat verib.

Gizli materiallardan aydın olub ki, rusiyayönümlü təbliğatı əsasən pensiya yaşındakı siyasətçilər aparır, gənclər isə buna məhəl qoymur. Buna görə də “yeni və kreativ simaların” maliyyələşdirilməsi təklif olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı