Dünya

Ukrayna “Ramştayn” formatından HHM sistemləri istəyəcək

8 sentyabr / 22:20 1 dəq
Zelenski yeni 1
8 sentyabr / 22:20
Burada sizin reklamınız ola bilər

Ukrayna “Ramştayn” formatının növbəti iclasında Qərb tərəfdaşlarından yeni hava hücumundan müdafiə (HHM) sistemləri istəmək niyyətindədir.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyevi görüşdə müdafiə naziri Denis Şmıqal təmsil edəcək.

“Bu dəfəki “Ramştayn” və ümumiyyətlə Avropa və ABŞ ilə əlaqələrimiz üçün bir nömrəli hədəf – HHM sistemimizin gücləndirilməsidir”, – o deyib.

Həmçinin Zelenski Şmıqal ilə Ukrayna Silahlı Qüvvələrinin 2026-cı il üçün ehtiyaclarını müzakirə edib.

“Qarşıda tərəfdaşlarımızla görüləcək çox iş var”, – o əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər