Bayramda banklar işləməyəcək
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda bank xidmətlərinin göstərilməsi zamanı canlı təmasın minimuma endirilməsi məqsədilə yerli banklar Novruz bayramı günlərində (20-28 mart qeyri-iş günləri) fəaliyyət göstərməyəcək.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bununla belə, idxal və ixracın fasiləsizliyini təmin etmək üçün hüquqi şəxslərə hesablaşmalar, vergi, rüsum və digər dövlət ödənişləri ilə bağlı əməliyyatlar elektron əsasda davam etdiriləcək.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı