Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ağa tikdirib – ADA qoruyur və yaşadır !-Yeganə Göyüşlünün yazısı

6 sentyabr / 12:06 4 dəq
İsrafil aga hamamı
6 sentyabr / 12:06
Burada sizin reklamınız ola bilər
Bildiyimiz adi daşlar…
Oymaçı əlində şəbəkəyə, həkkak əlində kitabəyə, sənətkar əlində məbədə çevrilən daşlar.Tarixi özü ilə yaşadan daşlar.
Onu yerlərdən göyə qaldıraraq binaya çevirən, ona tarixilik verib qiymətli edən isə insanlardır. Fərqli insanlar, aydın insanlar, dəyər verməyi bacaran, sayğı və güvən qazanmış insanlar. Zəndi ilə-zehni ilə, köksü ilə-qəlbi ilə,inancı ilə-əhdi ilə möhkəm yoğuraraq məqsədini missiyaya çevirən, onun uğrunda mübarizə aparmağı bacaran fədakar insanlar.
İnsanı vətənpərvər missionerə çevirən isə bağlılıqdır.Tarixinə, keçmişinə olan bağlılıq, dilinə, ədəbiyyatına, incəsənətinə, mədəniyyətinə olan bağlılıq.
ADA Universiteti tərəfindən 2022-ci ildə Qazax Müəllimlər Seminariyası əsaslı bərpa olunub və yenidən qurularaq Universitetin Qazax Mərkəzi kimi istifadəyə verilmişdi.
Bu günlərdə isə Qazaxın ən əhəmiyyətli tarixi abidələrindən biri İsrafil ağa hamamı bərpa olunaraq Qazax Mərkəzinin Mədəniyyət Mərkəzi kimi istifadəyə veriləcək. Bərpa işlərində tarixiliyinə xələl gətirmədən müasir işıqlandırma, döşəməaltı havalandırma və isitmə sistemi ilə təchiz olunan tarixi abidə, həm də turistik məkan olaraq qapılarını qonaqlarına açacaq.
İstənilən məkan öz dövründə bəlli bir fəaliyyət üçün inşa olunur və onun istifadəsinin müddəti vardır. Lakin, məkana tarixilik qazandırıb abidəyə çevirən onun zamana qarşı dayanıqlığı və özünəməxsus memarlığıdır. Və bir tikili tarixi abidə statusu almışsa o, artıq qorunmalıdır. O, bir diqqət istər, qayğı İstər, yumşaq desən, şəfqət istər! Bu qanundur! Vətəndaşlar onlara məxsus olan dəyərlərin və dəyərlilərin qədrini bilməlidirlər. Etinasızlıq, ictimai maraqlardan imtina, estetik zövqdən və ülvi hisslərdən uzaqlaşma geriyə dönüşü olmayan canlının formalaşması ilə nəticələnər.
Yerli əhəmiyyətli tarixi abidə kimi qeydə alınmış İsrafil ağa hamamının da tamamən məhv olana qədər hamam kimi və uyğunsuz, ağır şərtlərlə, çirkin şəkildə istifadə olunması işğal idi. Bildiyimiz işğal!
HƏMÇİNİN BAXA BİLƏRSİZ:
https: //qerbxeber.com/israfil-aga-aga-pulu-haramdir/
30 ildən sonra Qazax Müəllimlər Seminariyasının bu bəstəboylu, şirin və gözəl bacısı, İsrafil ağa hamamı işğaldan azad olunur və özünün təmiz, təravət qoxuyan, işıqlara qərq olunmuş, yüz yaşını çoxdan atlamış sanballı ömrünü yaşayacaq.
Sağ ol, ADA! Sizə sonsuz minnətdarlığımızı bildiririk, əziz rektorumuz  Professor Hafiz Paşayev. Sizi tanıyanda hörmət edirdik, yaxından tanıdıqca çox sevdik, etdikləriniz müqabilində isə ehtiramımız sonsuzdur!
Sağ olun, Qalib Müəllim! O, böyük əzm, entuziazm, təşəbbüs dolu dünyanızla hələ çox yaradın! Təxəyyüldən reallığa çevrilən projeləriniz bol olsun.
2022-ci ildə Seminariyanın binası, 2023- də Müəllimlər Evi, 2024- də Tələbə Evinin açılışı edildi, 2025-də İsrafil ağa hamam binası, Qazax Mərkəzinin Mədənniyyət Mərkəzi olaraq təqdim olunacaq. Qürur!!!
Images (11)Hafiz paşayevHamam yeniİsrafil ağa hamamı
P.S .Bu gözəlliyi öz gözlərinizlə görəcəksiniz, dostlar.
Bir tarixi abidədən necə istifadə olunduğunun şahidi olacaqsınız.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı