Dünya

Zakir Həsənov Vyetnamda səfərdədir

2 sentyabr / 14:07 2 dəq
G1hy0obn1dbxb9udhehpmpz9xtffhuinbjdta5de 825
2 sentyabr / 14:07
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Vyetnam Sosialist Respublikasında rəsmi səfərdədir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-də general-polkovnik Z.Həsənov Avqust İnqilabının 80-ci ildönümü və Vyetnam Sosialist Respublikasının Milli Günü münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak edib.

Dövlət rəsmiləri, xarici qonaqlar və xeyli sayda vətəndaşın iştirakı ilə Hanoy şəhərində yerləşən “Ba Dinh” Meydanında keçirilən tədbirdə Vyetnamın azadlıq uğrunda tarixi mübarizəsi xatırlanıb, xalqın milli birliyi və sosialist inkişaf yolunda əldə etdiyi nailiyyətlər vurğulanıb.

Mərasim çərçivəsində rəsmi çıxışlar, ədəbi-bədii kompozisiyalar, hərbi orkestrin ifası və müxtəlif mədəniyyət proqramları təqdim olunub, əlamətdar günə həsr edilmiş hərbi parad keçirilib.

Səfər çərçivəsində müdafiə nazirinin Vyetnamın dövlət başçısı və hərbi rəhbərliyi ilə görüşləri

Paylaş
Burada sizin reklamınız ola bilər