Dünya

“Financial Times” : Tramp Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib

29 avqust / 23:22 1 dəq
Trump Tramp
29 avqust / 23:22
Burada sizin reklamınız ola bilər

ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə Avropa siyasətçiləri ilə söhbətində münaqişənin nizamlanması çərçivəsində Ukraynada Çin sülhməramlı qüvvələrinin yerləşdirilməsini təklif edib.

Qerbxeber.com bildirir ki, bu barədə APA “Financial Times” qəzetinin mənbələrə istinadən məlumatına görə xəbər yayıb.

Nəşrin məlumatına görə, Çin sülhməramlıları ideyası Avropa ölkələri və Ukrayna tərəfindən dəstəklənməyib.

Rəsmi Kiyev və Avropa dövlətləri Pekini Rusiya hərbi-sənaye kompleksinə yardım göstərməkdə ittiham edirlər.

Tramp administrasiyasının yüksək vəzifəli nümayəndəsi isə qəzetə şərhində Ukraynaya Çin sülhməramlılarının göndərilməsinin müzakirə olunması barədə məlumatı “yalan” adlandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər