Dünya

Almanya Rusiyanı hədələdi-Bu hücumlar nəticəsiz qala bilməz

28 avqust / 17:28 1 dəq
Almanya xİn
28 avqust / 17:28
Burada sizin reklamınız ola bilər

Rusiya ordusunun Kiyev də daxil olmaqla Ukrayna ərazisinə endirdiyi zərbə cavabsız qala bilməz”.

Qerbxeber.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

“Biz dünən gecəki hadisəni dəhşət içində bir daha izlədik . Bu, nəticəsiz qala bilməz”, – o bildirib.

Bununla belə, nazir təfərrüatlara varmayıb. Onun sözlərinə görə, Almaniya hər hansı cavabın mümkünlüyünü nəzərdən keçirir və hərəkətlər Avropa İttifaqı ilə razılaşdırılacaq.

Bundan əvvəl Ukrayna mediası Kiyev və onun ətraflarında hədəflərə hücumlar barədə məlumat yayıb. Paytaxt meri Vitali Kliçkonun məlumatına görə, Darnitski, Dniprovski, Şevçenkivski, Svyatoşinski, Solomyanski və Desnyanski rayonlarında yanğınlar baş verib. Borispol və Vasilkovda da partlayışlar qeydə alınıb.

Paylaş
Burada sizin reklamınız ola bilər