Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Rusiya Kiyevdə yerləşən Aİ ofisini vurdu-LYEYEN Aİ-nın cavabsız qalmayacağını dedi

28 avqust / 16:18 2 dəq
Ursula von der Leyen
28 avqust / 16:18
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyen Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son zərbələri şərh edərkən, Avropa İttifaqının (Aİ) nümayəndəliyinin binasının zədələnməsini də şərh edib.

Teleqraf xəbər verir ki, o, Rusiyanın Ukraynanı qorxutmaq üçün bütün vasitələrə əl atdığını bildirib.

“Kiyevə hücumdan qəzəblənirəm. Zərbələr həm də Avropa İttifaqının ofisinə də dəyib. Bu, iyul ayından bəri paytaxta edilən ən ölümcül pilotsuz təyyarə və raket hücumudur”, – qurum rəhbəri bildirib.

Lyeyenin sözlərinə görə, nümayəndəliyin binasına 50 metr aralıda iki raket düşüb:

“Bu, nələrin təhlükə altında olduğuna dair daha bir acı xatırlatmadır. Bu, Kremlin Ukraynanı terror etməkdən əl çəkməyəcəyini – dinc əhalini, kişiləri, qadınları və uşaqları ayrı-seçkilik etmədən öldürmək və hətta Avropa İttifaqını hədəfə almaqdan əl çəkməyəcəyini göstərir”.

Avropa Komissiyasının prezidenti əlavə edib ki, Aİ Rusiyaya maksimum təzyiq göstərir:

“Bu, sanksiya rejiminin daha da gücləndiriləcəyi deməkdir. Tezliklə 19-cu sərt sanksiyalar paketini təqdim edəcəyik. Paralel olaraq, Ukraynanın müdafiəsi və yenidən qurulmasına töhfə vermək üçün dondurulmuş Rusiya aktivləri üzərində işi davam etdiririk”.

Xatırladaq ki, Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 16-ya çatıb. Zərbə dalğası Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binasına və Britaniya Şurasının (British Council) Ukraynadakı ofisinə ciddi ziyan vurub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı