Hindistanın bu addımı amerikalıları təəcübləndirib
“Vaşinqtonun 50 faizlik tariflərinə rəğmən belə, Hindistan Rusiya neftindən imtina etməmək qərarına gəlib. Bu, bizi xeyli təəccübləndirib”.
Qerbxeber.com Globalinfo.az -a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro “Blumberq TV”yə deyib.
“Hindistan Rusiya neftini almağı dayandırsa, sabah tariflərdə 25 faiz endirim əldə edə bilər. Amma onlar bunu etməyə hazır olduqlarını nümayiş etdirmirlər”, – deyə o bildirib.
Navarro qeyd edib ki, Vaşinqton hələ də Hindistan və Çini Rusiyadan neft almağı dayandırmağa məcbur etmək istəyir.
Xatırladaq ki, avqustun 26-da ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə dörd dəfə telefonla əlaqə saxlamağa çalışsa da, baş nazir zənglərə cavab verməyib.
Bəlli olub ki, Hindistan hakimiyyəti ABŞ-ın Hindistan mallarına 50%-lik yüksək tariflər tətbiq etməsinin təsirini azaltmağa kömək edəcək iqtisadi strategiya hazırlayır.





