Ukrayna ordusu Rusiyanın iki böyük neft emalı zavodunu PUA-larla vurdu
Rusiyanın Krasnodar vilayətindəki Afipski neft emalı zavoduna PUA zərbələri endirilib.
Qerbxeber.com Axar.az-ın məlumatına əsasən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Samara vilayətindəki Kuybışev neft email zavodu da PUA hücumuna məruz qalıb.
Zərbələr nəticəsində hər iki zavodda ciddi dağıntılar qeydə alınıb.
Qeyd edək ki, Kuybışev zavodu ildə 7 milyon ton, Afipski zavodu isə ildə 6.25 milyon ton neft emal etmək gücünə malikdir.




