Ararat Mirzoyan: Türkiyənin sərhədləri açmaq üçün əsas şərti budur..
“Türkiyə sərhədlərini açmağa hazır olduğunu bildirib, ancaq Ermənistan-Azərbaycan müqaviləsi imzalandıqdan sonra”.
Qerbxeber.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Artıq sülh müqaviləsi paraflanıb və mənim məntiqim onu göstərir ki, müqavilənin ardınca Ermənistan-Türkiyə sərhədləri açılacaq. İnfrastrukturun ən qısa müddətdə blokdan çıxarılması həm də Türkiyənin maraqlarına uyğundur. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoqumuz var”, – nazir bildirib.



