Qazaxıstan klubu tarixində ilk dəfə liqa mərhələsinə yüksəldi
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start verilib.
Qerbxeber.com xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.
Qeydə alınmış nəticələri təqdim edirik:
“Kayrat” – “Seltik” – 0:0 (penaltilərdə – 3:2) (ilk oyun – 0:0);
“Pafos” – “Srvena Zvezda” – 1:1 (2:1);
“Şturm Qraz” – “Budyo Qlimt” – 2:1 (0:5).
Qeyd edək ki, Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəlib. Qazaxıstan klublarından yalnız “Astana” daha əvvəl Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmişdi (2015/16 mövsümü).
Xatırladaq ki, pley-off mərhələsində mübarizə aparan təmsilçimiz “Qarabağ” cavab matçına avqust ayının 27-də doğma meydanda Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq.





