Qərb Xəbər
No Result
View All Result
Radio Qərb
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV
No Result
View All Result
Qərb Xəbər
Radio Qərb

Azərbaycanda vergi ödəyicilərinin yarısı aktiv deyil – səbəb nədir?

3 ay ago
A A
64a62f46-90d3-350a-86ed-416a08726fdb_850

Azərbaycanda dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinin təqribən yarısı qeyri-aktivdir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı statistika əsasında deyə bilərik. Belə ki, bu il dekabrın 1-nə ölkədə 1 399 990 vergi ödəyicisi olub. Bunun isə 709 557-si və yaxud 50,7 %-i aktiv olub. Başqa sözlə, qeydiyyatdan keçmiş 690 443 vergi ödəyicisi qeyri-aktivdir.

“Qərb Xəbər” bildirir ki, “Report” bunun səbəblərini aydınlaşdırmağa çalışıb.

“Bakı Hesabat Mərkəzi” MMC-nin rəhbəri Mehdi Babayev qeyri-aktiv vergi ödəyicilərinin sayının çox olmasını müxtəlif səbəblərlə izah edir: “Bəzən sahibkarlar biznesin davamlılığını təmin edə bilmir və fəaliyyətini dayandırmağa məcbur olur. Amma bu, əsas səbəb deyil. Elə təsərrüfat subyektləri var ki, qanunvericiliyin yaratdığı imkanlardan, o cümlədən vergi güzəştlərindən və azadolmalarından, həmçinin vergi yükünü azaldan müddəalardan biznes maraqları üçün istifadə edir. Düzdür, belə hərəkətlər qanunsuz olmasa da, necə deyərlər, vergidən qanuni yayınma imkanı yaradır. Məsələn, mikro sahibkarlıq subyektləri, yəni illik dövriyyəsi 200 000 manata qədər olan təsərrüfat subyektləri üçün Vergi Məcəlləsində mənfəət və ya gəlir vergisinə dolayısı ilə 75 % güzəşt və dividendlərdən də 10 % vergi azadolması nəzərdə tutulub. Bu imkandan istifadə etmək üçün bəzi sahibkarlar, yaratdığı hüquqi şəxsin illik dövriyyəsinin 200 000 manatdan çox olma ehtimalını gördükdə bu hüquqi şəxsin fəaliyyətini dayandırıb növbəti hüquqi şəxs yaradır, beləliklə də bu hal dəfələrlə təkrarlana bilir. Nəticədə isə fəaliyyəti dayandırılan, yəni qeyri-aktiv edilən müəssisələrin sayı artır”.

M.Babayev digər səbəbin isə fərdi sahibkarlarla bağlı olduğunu bildirir: “Fiziki şəxslər bəzi “işbazların”, yəni dolayısı ilə vergilərini azaltmaq istəyənlərin təsirinə düşürlər. Bəzi hallarda əmək müqaviləsi bağlanaraq işçi kimi işə qəbul edilən fiziki şəxslərin sonradan işəgötürənin təhriki və yaxud iradəsi ilə əmək müqaviləsinə xitam verilir, həmin şəxs ayrıca vergi ödəyicisi kimi qeydiyyata alınır, onunla Vergi Məcəlləsinin verdiyi imkanlardan istifadə etməklə, yəni daha az vergi ödəməklə “mülki hüquqi münasibətlər” qurulur. Əslində məqsəd həmin fiziki şəxsin iqtisadi maraqlarını, onların gələcək pensiya təminatını qorumaq deyil, işəgötürən ona VÖEN aldlrmaqla vergilərini azaltmaq istəyir. Bununla belə, son zamanlar vergi və əmək qanunvericiliyimizdə aparılan ciddi islahatlar nəticəsində belə halların qarşısı alınmağa başladıqdan sonra həmin fiziki şəxslər VÖEN ilə bağlı faəliyyətlərinə xitam verməli, bir çox hallarda isə fəaliyyətlərini müvaqqəti dayandırmalı oldular. Belə fərdi sahibkarların sayı 100 minlərlərdir”.

Dövlət Vergi Xidmətindən isə bildirilib ki, ölkədəki qeyri-aktiv vergi ödəyicilərinin əsas hissəsi mikro sahibkarlıqla məşğul olan fiziki şəxslərdir: “Onlar müvəqqəti fəaliyyəti göstərir, əksər hallarda mövsümi işlərlə məşğul olur. Məsələn, müəyyən bir iş görürlər, sonra fəaliyyətlərini dondururlar, amma VÖEN-lərini bağlamırlar. Yenidən hansısa bir xidmət göstərməli olanda, bir iş götürəndə fəaliyyətlərini aktiv edir, götürdüyü işləri görür, vergi hesabatlarını göndərir və növbəti iş götürənə qədər fəaliyyətlərini müvəqqəti dayandırırlar”.

Son xəbərlər

mq2 (5)

Köhnə bolşevikin baxımsız küçəsi – Tovuzdan reportaj

29 Mart 2023
6424367e60c756424367e60c7616800948466424367e60c726424367e60c74

İranda azərbaycanlı müəllimlər etiraza qalxdı

29 Mart 2023
50b96a08-5f42-3a1f-8a05-5936ab0b34d9_850

Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

29 Mart 2023
mq2 (4)

Turizmin zibillikdən keçən yolu – Qazax

29 Mart 2023
b40fe981-db34-377c-97d8-c4d6fde0d9b7_850

“Turan Tovuz” legioneri ilə müqaviləni uzadıb

29 Mart 2023
logo-footer-ag

Saytımız 2017-cı ildə “Bölgənin səsi” olaraq yaradılıb, daha sonra rebrendinq edərək “Qərb Xəbər” kimi işinə davam edib. Redaksiya Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarını əhatə edir, burada baş verən hadisələri, coğrafiyanın sosial problemlərini, müxtəlif insan hekayələrini xəbər, analitik yazı, müsahibə, açıqlama və reportaj şəklində işıqlandırır.

Məqsədimiz regionda media-platformanın köməyi ilə əhalinin informasiya almaq hüquqlarından istifadə etməsinə yardımçı olmaq, eyni zamanda vətəndaş cəmiyyətinin gücləndirilməsinə və yerli icmaların qərarların qəbulu prosesində iştirak etməsinə dəstək verməkdir! Biz media qurumu olaraq vətəndaş təşəbbüslərinin stimullaşdırılmasını dəstəkləyirik. Devizimiz budur ki, təşəbbüs inkişafın təməlidir!

Hazırda “Qərb Xəbər”in milyon yarımlıq əhatə dairəsi var…

2022-ci ildə redaksiya daha bir yeniliyə imza ataraq “Qərb Radio”nu yaradıb.

Biz ölkədə fəaliyyət göstərən bütün hüququ və fiziki şəxsləri saytımızda reklam yerləşdirməyə dəvət edirik!

© 2022 QərbXəbər – Developed by Arcod Technology

  • +994703208557
  • info@qerbxeber.com
No Result
View All Result
  • Xəbər
    • Sosial
    • Siyasət
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Dünya
  • Bölgə xəbərləri
    • Qazax
    • Ağstafa
    • Tovuz
    • Şəmkir
    • Gədəbəy
  • Yazarlar
  • Qərb QHT-lərİ
  • Maraqlı
    • Elm və Texnologiya
  • Müsahibə-Reportaj
  • Qərb TV

© 2022 QərbXəbər - Developed by Arcod Technology.