Dünya

Ter-Petrosyan Rusiyanı köməyə çağırdı,Paşınyandan sərt cavab aldı

22 avqust / 11:13 1 dəq
Pasinyan petrosyan
22 avqust / 11:13
Burada sizin reklamınız ola bilər

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter- Petrosyanı sərt tənqid edib.

Qerbxeber.com xəbər verir ki, bu barədə  Baş nazir “Facebook” hesabında  yazıb:
“Hörmətli Levon Ter-Petrosyan, 1996-cı ildə seçkilərin nəticələrindən qaçdınız, 1998-ci ildə hakimiyyətdən qaçdınız, 2008-ci ildə isə müxalifətdən qaçdınız. İndi nə istədiyinizi başa düşürəm, lakin görünür ki, bu dəfə qaçmaq üçün yer tapa bilmirsiniz. Ehtiyac da yoxdur: sadəcə sakitləşin və Ermənistan Respublikasında bərqərar olmuş dinc həyatdan zövq alın. Hamımıza xoş gün arzulayıram.”
Qeyd edək ki, Ter-Petrosyan avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalara qarşı çıxıb. O, Rusiyanı hərəkətə keçməyə çağırıb.
Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı