Kaya Kallas: Putinin hər hansı öhdəliyinə inanmaq olmaz
“Rusiya Prezidenti Vladimir Putinin hər hansı vəd və ya öhdəlikləri yerinə yetirəcəyinə inanmaq olmaz. Ona görə də Ukrayna üçün təhlükəsizlik zəmanətləri Rusiyanı çəkindirəcək qədər güclü və etibarlı olmalıdır”.
Qerbxeber.com Teleqraf -a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas deyib.
O, əmin edib ki, Avropa İttifaqı Ukrayna üçün təhlükəsizlik təminatlarını təmin etmək üçün səylərini davam etdirəcək. Bura Ukrayna ordusunun təlimi, Ukrayna Silahlı Qüvvələrinin və hərbi sənayenin gücləndirilməsi daxildir.



