Ukrayna Rusiyanın 5 vilayətinə PUA-larla hücum etdi
Gecə saatlarında Rusiyanın bölgələri üzərində Ukraynanın 23 pilotsuz təyyarəsi zərərsizləşdirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
PUA-lar Tambov, Rostov, Varonej, Kursk, Krasnodar və Krım (Ukraynanın işğal edilmiş bölgəsi – red.) vilayətləri, eləcə də Qara və Azov dənizləri üzərində vurulub.




