Dünya

İranda Su böhranı: Pezeşkian narahatlığını dilə gətirdi

16 avqust / 16:01 2 dəq
Pezeşkian yeni
16 avqust / 16:01
Burada sizin reklamınız ola bilər

İranda su böhranı o qədər acınacaqlı vəziyyətə çatıb ki, Prezident Məsud Pezeşkian da problemi açıq ifadə etməyə başlayıb. O, xəbərdarlıq edib ki, ” sentyabr və ya oktyabradək su anbarlarında su qalmayacaq “.

Bundan sonra İsrail baş naziri Benyamin Netanyahu Pezeşkianın açıqlamasından istifadə edərək İran xalqına birbaşa video mesaj göndərib.

Qerbxeber.com  Azadlıq radiosuna istinadən xəbər verir ki, Netanyahu  iranlıların ölkədəki siyasi rejimdən xilas olacağı təqdirdə İsrailin onlara kömək edəcəyini bildirib.Öz növbəsində  Pezeşkian isə Netanyahunun açıqlamasını “fantaziya” adlandırıb.“Qəzza əhalisini sudan və yeməkdən məhrum edən rejim İrana su gətirəcəyini deyir? Bu, fantaziyadan artıq bir şey deyil”.

Amma Netanyahunun mesajı daha çox Pezeşkianın opponenti olan mühafizəkarların işinə yarayıb. Onlar prezidenti “ İsrail komandasınına 12-ci oyunçusu ” adlandırıblar. Nəticədə ölkədəki su böhranı özüylə bərabər bir sıra siyasi gərginliklər də gətirib.Belə ki, Prezidenti tənqid edənlər,onu “xəyanətkar olmasa da nə dediyinin fərqində olmayan” adlandırıb, tərəfdarları isə, İranın su böhranının miqyasına “dürüst” yanaşdığına görə təqdir ediblər.

Pezeşkian isə radikallara “Problemin həlli inkardan deyil, etirafdan başlayır” -deyə cavab verib.

Paylaş
Burada sizin reklamınız ola bilər