Dünya

Rusiyada Barıt istehsalı zavodunda partlayış baş verib-Ölən və yaralananlar var

15 avqust / 14:16 1 dəq
Barıt zavodu
15 avqust / 14:16
Burada sizin reklamınız ola bilər

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, Rusiya mətbuatı “Elastik” zavodunda yanğınla müşayiət olunan partlayışda yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır olduğunu yazır.

İlkin ehtimala görə, partlayışa barıt istehsal edən sexdə texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəb olub.

Partlayış nəticəsində sexin binası tamamilə dağılıb. Dağıntılar altında qalanların olduğu bildirilir.

Zavod ərazisindən 100 nəfər təxliyə edilib.

Qeyd edək ki, 2021-ci ildə də bu zavodda partlayış baş verib. Həmin vaxt barıt istehsalı sexində baş vermiş partlayışda 17 nəfər ölmüşdü.

Paylaş
Burada sizin reklamınız ola bilər