Siyasət

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı gözlənilməz açıqlama

15 avqust / 13:29 1 dəq
Kreml3 rusiya
15 avqust / 13:29
Burada sizin reklamınız ola bilər

Rusiya “Tramp marşrutu” (Zəngəzur dəhlizi) məsələsində Ermənistanı dəstəkləyir – əgər onun üçün faydalıdırsa.

Qerbxeber.com xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, təbii ki, biz bunu dəstəkləyirik”, – Overçuk bildirib.

O, Rusiyanın Cənubi Qafqazda maraqlarına tam cavab verən sülh proseslərinə dəstək verdiyini vurğulayıb.

“Əlbəttə ki, açıq şəkildə əldə edilə bilən razılaşmalar çərçivəsində bəzi nüanslar yaranır ki, biz Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə dəqiqləşdirməli olacağıq”, – Overçuk əlavə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər