Xəbər

Rusiyadan 33 azərbaycanlı deportasiya edildi

11 avqust / 16:37 1 dəq
Aze rus bayraq
11 avqust / 16:37
Burada sizin reklamınız ola bilər

Yanvar-iyul aylarında Rusiyanın Sverdlovsk vilayətindən 1000-ə yaxın miqrant deportasiya edilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, deportasiya edilənlərin əksəriyyəti Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.

Həmin müddət ərzində 400-dən çox miqrant Tacikistana, 300-ə yaxın Özbəkistana və 150-yə yaxın isə Qırğızıstana deportasiya olunub.

Deportasiya olunanlar arasında 33 nəfər Azərbaycan vətəndaşı da var.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı