Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Bu gün Yel çərşənbəsidir

10 mart / 11:11 2 dəq
226f97a2 1884 4f72 8c46 2d53ddebf082
10 mart / 11:11
Burada sizin reklamınız ola bilər

Bu gün Azərbaycanda Novruz bayramından əvvəlki üçüncü çərşənbə – Yel çərşənbəsi qeyd olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova bildirib ki, buna el arasında “Külək oyadan çərşənbə” də deyirlər.

O xatırladıb ki, yazın gəlişi havaların isinməsi ilə bağlıdır: “Yel çərşənbəsi də havaların isinməsindən ilkin xəbər verdiyinə görə belə adlanır. İnanca görə bu çərşənbədə qış əldən düşmüş vəziyyətdə köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpaq canlanmağa başlayır. Gün ərzində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir”.

Mütəxəssis vurğulayıb ki, Yel çərşənbəsinin də özünəməxsus adət-ənənəsi var: “Bunlardan biri də cıdır falıdır və bunu da kəndin oğlanları icra edir. Cavanlar cıdıra gedərək hansısa atı ürəklərində nişanlayıb niyyət tutarlar. Kimin işarələdiyi at birinci olarsa, onun niyyətinin yerinə yetəcəyinə inanılır. Yel kimi qaçan atan sahibini il ərzində bol ruzi gözləyər”.

S.Qasımova həmçinin əlavə edib ki, bəzi bölgələrdə həmin gün yaxınların məzarları ziyarət olunur, ruhlarına dualar oxunur, ərazidə təmizlik işləri aparılır.

Qeyd edək ki, Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il 20-26 mart tarixlərində iş olmayacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı