Ağstafada avtomobil piyadanı vurub öldürdü
Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qerbxeber.com Teleqraf-a istinadən xəbər verir ki, Eynallı kəndində qeydə alınan hadisə zamanı yolu keçmək istəyən piyadanı maşın vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Ölən şəxsin kimliyi məlum olub.Aldığı zərbədən hadisə yerində dünyasını dəyişən şəxs 1995-ci il təvəllüdlü Rüfanə Tağıyevadır.




