İlham Əliyev və Nikol Paşinyan Ağ Evə gedir?
ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.
Bu barədə ABŞ-də yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz “X” hesabında paylaşım edib.
O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər.
Qeyd edək ki, bu barədə hələlik heç bir rəsmi açıqlama yoxdur.



