Dünya

Ruslar Ukraynanın bir neçə şəhərinə dronlarla hücum edib

4 avqust / 07:38 1 dəq
MOSKVA PUA HUCUMU
4 avqust / 07:38
Burada sizin reklamınız ola bilər

Ukraynanın cənubundakı Odessada partlayış səsləri eşidilib.

Qerbxeber.com xəbər verir ki, bu barədə şəhərin meri Gennadi Truxanov məlumat verib.

“Şəhərdə partlayış səsləri eşidilir”, – o, “Telegram” kanalında yazıb.

Dron qruplarının Odessaya Qara dənizdən uçduğu bildirilir.

Avqustun 4-nə keçən gecə Ukraynanın həmçinin Jitomir, Sumı, Çerniqov, Xarkov, Poltava, Çerkassi, Kiyev vilayətləri, Qara dəniz-tomir bölgəsinin mərkəzi hissəsində PUA hücumları qeydə alınıb, hava hücumu sirenaları səslənib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, Ukrayna ordusu Rusiyanın “İsgəndər-M” ballistik raketi də daxil olmaqla 61 hava hədəfini vura bilib.

Paylaş
Burada sizin reklamınız ola bilər