Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Maraqlı

Həmkarlar İttifaqlarının üzvlərə faydası varmı?-Araşdırma

31 iyul / 09:50 3 dəq
Pul
31 iyul / 09:50
Burada sizin reklamınız ola bilər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan əməkdaşların maaşlarından müəyyən məbləğdə vəsait tutur. Lakin bir çoxları bildirir ki, bu qurumdan heç bir dəstək və ya xidmət almırlar.

Daha əvvəl də xəbər verdiyimiz kimi, bir çox müəllim AHİK-ə üzvlükdən imtina etmək və maaşlarından tutulan vəsaitin dayandırılması üçün ərizə ilə müraciət etməyə hazırlaşır. Onların fikrincə, həmkarlar ittifaqı yalnız formal üzvlük və məcburi tutulmalar üzərində qurulub. Həmin vəsaitlərin hansı istiqamətlərdə xərcləndiyinə dair isə şəffaflıq yoxdur. Bu narazılıq nəticəsində müəllimlər üzvlükdən çıxmağa qərar veriblər.

Maraqlıdır, həmkarlar ittifaqına üzvlük məcburidir, yoxsa könüllü? Üzvlər ərizə yazaraq bu qurumdan çıxa bilərmi? Toplanan vəsaitin xərclənməsi ilə bağlı AHİK-in açıqlama vermək öhdəliyi varmı?

Mövzu ilə bağlı Publika.az hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Qerbxeber.com xəbər verir ki, hüquqşünas bildirib ki, həmkarlar ittifaqlarına üzvlük tamamilə könüllüdür:

“Bu məsələ Azərbaycan Respublikasının Konstitusiyasında və “Həmkarlar İttifaqları haqqında” Qanunda da açıq şəkildə təsbit olunub. Lakin təəssüf ki, təcrübədə vəziyyət fərqlidir. Dövlət idarə və müəssisələrində, eləcə də ali təhsil ocaqlarında işçilər və tələbələr faktiki olaraq məcburi şəkildə bu ittifaqlara üzv edilir. Onların əksəriyyəti bu barədə heç bir ərizə yazmayıb. Amma buna baxmayaraq, hər ay əməkhaqqılarından və ya təqaüdlərindən müəyyən məbləğ tutulur. Bu, açıq şəkildə qanunsuzluqdur”.

Əkrəm Həsənov qeyd etdi ki, bu kimi hallarda vətəndaşlar məhkəməyə müraciət edərək onlardan qanunsuz tutulan vəsaitin geri qaytarılmasını tələb edə bilərlər:

“Onlar haqlı olaraq soruşa bilərlər: ‘Ərizəm olmadan hansı əsasla pulumdan tutulma etmisiniz?”

Hüquqşünasın sözlərinə görə, həmkarlar ittifaqları yalnız üzvlərinə deyil, ümumilikdə cəmiyyətə qarşı da şəffaf fəaliyyət göstərməyə borcludur:

“Bu qurumlar genişmiqyaslı ictimai birliklərdir və qeyri-hökumət təşkilatı statusuna malikdirlər. Topladıqları vəsaitlərin necə xərcləndiyi barədə ictimaiyyətə mütəmadi olaraq məlumat verməlidirlər. Təəssüf ki, illərdir bu şəffaflıq təmin olunmur. Bu səbəbdən də, təşkilatdan fayda görməyən şəxslər sadə bir ərizə ilə üzvlükdən imtina edə bilərlər”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı