Avropa İttifaqı: “Gürcü Arzusu” Aİ barədə dezinformasiya yayır
Qerbxeber.com Gürcüstan mediasına istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Ənuar əl Ənani tərəfindən verilən bəyanatda qeyd olunub ki, Avropa İttifaqı Gürcüstan hakimiyyəti tərəfindən Aİ-nin ölkədəki rolu barədə yayılan dezinformasiyanı və əsassız ittihamları qətiyyətlə rədd edir və pisləyir.
“Son dövrlərdə yayılan yalan məlumatlar – guya Aİ-nin Gürcüstanda sabitliyi pozmaq, ölkəni müharibəyə cəlb etmək və ya guya ‘ənənəvi olmayan dəyərləri’ zorla tətbiq etdirmək niyyəti ilə hərəkət etdiyi barədə – cəmiyyəti bilərəkdən aldatmağa yönəlmiş cəhdlərdir” , – bəyanatda deyilir.
Bəyanatda vurğulanır ki, “Rusiya tərzli konspirasiya nəzəriyyələri” və bölücülük xarakteri daşıyan ritorika yalnız Gürcüstanın demokratik və Avropa yoluna qarşı çıxanların maraqlarına xidmət edir və bu ritorika Aİ–Gürcüstan münasibətlərinin altını qazır.





