Dünya

Tramp: Bazar günü Aİ nümayəndələri ilə ticarət sazişini müzakirə edəcəyik

26 iyul / 10:26 1 dəq
Tramp von der leyen
26 iyul / 10:26
Burada sizin reklamınız ola bilər

Prezident Donald Tramp Şotlandiyaya səfəri çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə ABŞ və Avropa İttifaqı (Aİ) arasında ticarət sazişini müzakirə edəcəyini bildirib.

Bu barədə Tramp Qlazqo hava limanında jurnalistlərə açıqlamasında deyib.

“Bazar günü Aİ nümayəndələri ilə görüşəcəyəm, saziş üzərində işləyəcəyik. Görək, nəticədə razılığa gələ biləcəyikmi”, – deyə o vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər